Biz 2018-ci ildən etibarən fərqli biznes sahələrində fəaliyyət göstərən şirkətlər qrupuyuq. Tikinti, memarlıq, təchizat, dam və fasad, modul ev kimi sahələrdə uğurlu layihə portfoliomuz keyfiyyətimizin göstəricisidir. Əsas prioritetimiz vaxt, resurs, xərclər və xidmətlərdə şəffaflıq yaratmaqdır.

Bünövrəniz möhkəm olsun!

Müştərilərimizə beynəlxalq səviyyədə tikintinin idarə edilməsi, layihə idarəçiliyi, mühəndislik, metal konstruksiya və təmir işlərində yüksək ixtisaslı və təcrübəli mütəxəssis komandamızla sizə ən yaxşı xidməti təqdim edirik.

VEB SƏHİFƏMİZİ ZİYARƏT EDİN

Damın ən keyfiyyətlisi!

1998-ci ildən modern dünyada tikintinin önəmli hissələrindən olan dam örtüyü və fasad sistemlərinin istehsalı, satışı və quraşdırılması üzrə fəaliyyət göstərir. Komandamız dam örtük işlərində yüksək təcrübəyə malik olmaqla yanaşı, dam örtüyü layihəsi və istənilən çətinlik dərəcəsində xidmətlər göstərir. Biz dam örtüyü seçməyin çox çətin ola biləcəyini, həmçinin uğurlu olmaqla yanaşı etibarımızın önəmli olduğunu da başa düşürük.

VEB SƏHİFƏMİZİ ZİYARƏT EDİN

Hər növ metal idxalı

Müştərilərimizə verdiyimiz vədimizə sadiq qalaraq, onlara təhlükəsiz və keyfiyyətli təchizat təmin edərək metal idxal sahəsində lider rol oynamağa davam edirik.

VEB SƏHİFƏMİZİ ZİYARƏT EDİN

Ən yaxşısını təchiz edirik

GLPS inşaat sektorundakı zəngin təcrübəsinə əsaslanaraq bu sahədə fəaliyyət göstərən şirkətlərə tam və bir nöqtədən satış, tədarük həlləri təklif edən peşəkar bir təchizat şirkətidir. Gallco Procurement Services olaraq biz, satınalma prosesi zamanı şirkətlərə təklif olunan məhsullar barədə geniş texniki məlumat, həmçinin məsləhətlər təqdim edirik.

Premium dam örtükləri

KIRAMITCHI yüksək keyfiyyətli kirəmit plitələrdən və dam örtüyü aksesuarlarından ibarət premium dam örtüyü sistemidir. Dünyanın böyük hissəsində mövcud, Avropa bazarında lider olan dam örtüklərini və məhsullarını sizlərə təqdim edirik. Azərbaycanın Sultan, Almaniyanın Braas və Türkiyənin Başak, Kılıçoğlu, Megaron kimi güc sahibi brendlərini, həmçinin digər ən güclü və etibarlı markaları bir araya gətiririk. KIRAMITCHI dam örtüyü sistemi evinizin etibarlılığının, davamlılığının və gözəlliyinin qarantisidir!

VEB SƏHİFƏMİZİ ZİYARƏT EDİN

Modul evlər sizə ənənəvi evlərin rahatlığını yaşadacaq

Tez House modul tipli evlərin inşasını həyata keçirir. Bu nəinki tikinti vaxtını azaldır, həmçinin vaxta qənaətə və evlərin daha keyfiyyətli olmasına gətirib çıxarır. Xüsusən də modul ev tikinti texnikası onların enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Modul tipli evlərin istehsalı prosesi 2 aya qədər çəkir və evlər əraziyə çatdırıldıqdan sonra 100% tamamlanır.

VEB SƏHİFƏMİZİ ZİYARƏT EDİN